BURADA REKLAMINIZ OLA
BİLƏR

Qapını bağlamadığına görə otaq yoldaşının burnunu sındırdı - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vaqif Qədimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 27 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Abşeron rayon ərazisində evlərin birində qeydə alınıb. Belə ki, Vaqif Qədimov zərərçəkmiş Saqif Məlikovla birlikdə kirayədə qalıb. Həmin gün onların arasında mübahisə düşüb. Mübahisəyə səbəb isə birgə yaşayış qaydalarını pozmaqla bağlı, yəni zərərçəkmiş şəxsin ondan evi tərk edərkən giriş qapısını bağlamadığına görə irad bildirməsi olub. Bu zaman Vaqif Saqifin üzərinə hücum edərək onun sifət, baş, bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruqla bir neçə dəfə ardıcıl zərbələr vurub. Nəticədə zərərçəkmişin burnu sınıb. Daha sonra Vaqif Qədimov cinayət məsuliyyətinə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 4 Noyabr 2023, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin