BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyadan İrana keçmək istəyən şəxsin maşınında “beşbarmaq” aşkarlandı

Astara Rayon Məhkəməsində qanunsuz olaraq soyuq silah saxlamaqda təqsirləndirilən İran vətəndaşı V.V.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 320 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəkəcək. Hökmdən qeyd olunub ki, V.V.-nin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. 

 

İttihama görə, İran vətəndaşı, 1967-ci il təvəllüdlü V.V. istintaqa məlum olmayan tarixdə və mənbədən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan bir ədəd “beşbarmaq” alətini qanunsuz olaraq əldə edib, idarə etdiyi “Scania” markalı yük avtomobilinin kabinasındakı rezinin altında saxlayıb. O, 08 avqust 2023-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi yük avtomobili ilə Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan İrana “arpa səmənisi” yükü apararkən Astara Gömrük İdarəsində keçirilmiş yoxlama zamanı saxlanılıb. Yoxlama zamanı yük avtomobilində sözügedən “beşbarmaq” aşkar edilərək götürülüb. Daha sonra İran vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib və barəsində cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 4 Noyabr 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin