BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hizbullah" ilk dəfə İsrailə güclü raket atdı

Livanın "Hizbullah" təşkilatı İsrailə əvvəllər istifadə olunmayan güclü raket atıb.

 

Bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

 

Zərbə Livanın Ayta əş-Şaab və Rmeiş yaşayış məntəqələri yaxınlığındakı sərhəddə İsrail ordusunun mövqeyinə endirilib. Bunlar Livanın cənubundakı kəndlərdir.

 

İsrail Müdafiə Qüvvələri bildirib ki, Livandan atılan atəşə cavab olaraq son bir saat ərzində "Hizbullah" hədəflərinə zərbələr endirir./Report

Tarix: 5 Noyabr 2023, 01:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin