BURADA REKLAMINIZ OLA
BİLƏR

"Buta project" bu qədər cərimələnə bilər

"Buta project" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Məhkəmə iclası noyabrın 14-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 6 Noyabr 2023, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin