BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dental update" barəsində inzibati protokol tərtib olundu

"Dental update" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə,  protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.2-ci (Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Məhkəmə iclası noyabrın 14-də keçiriləcək.

 

Xəyal Quliyev

 

Tarix: 6 Noyabr 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin