BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alverində günahlandırılan qadının hökmündən şikayət verildi

Bakı Apellyasiya Məhkəməsində insan alverində ittiham olunan İradə Şıxıyevanın barəsindəki cinayət işi üzrə qərardan yenidən zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Şıxıyeva məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd: İ.Şıxıyeva barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb. İttihama görə, İ.Şıxıyeva həmin qadınları Azərbaycan hüdudlarından kənarda kişi müştərilərlə pul müqabilində görüşdürüb və maddi gəlir əldə edib.

 

Kamal Məmmədov

Tarix: 6 Noyabr 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin