BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: ““Bolt”un sürücüsü hansısa xanıma qarşı nəzakətsiz hərəkət edibsə, müvafiq orqanlara müraciət edilməlidir”

““Bolt” taksi xidmətinin sürücüsü hansısa xanıma qarşı nəzakətsiz hərəkət edibsə, müvafiq inzibati orqanlar var, həmin xanım aidiyyəti orqanlara müraciət etməlidir. Nəinki taksi sürücüsü, hər kəs xanımlara və digər insanlara qarşı etdiyi nəzakətsizliyə görə mütləq tənbeh olunmalıdır. Bu, ciddi hal doğurursa, əlbəttə, cəzalandırılmalıdır. Xüsusilə, xidmət sahəsində belə hallar yolverilməzdir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

 

Deputat bildirib ki, xidmət sahəsində çalışanlar öz davranışları, insanlara qayğı və diqqətləri ilə fərqlənməlidirlər: “Taksi sürücüsü xanımlara qarşı nəzakətsizlik edirsə, qarşılığı verilməlidir. Son zamanlar taksi sürücüləri barədə müəyyən şikayətlər var. Ancaq bunu ümumiləşdirmək, bütün taksi sürücülərinin adına şamil etmək ədalətli yanaşma deyil. Hər birimiz taksi xidmətindən bir çox hallarda yararlanırıq. Mən də uzun müddət ictimai nəqliyyatdan istifadə etmişəm. Elə intellekt səviyyəsi yüksək taksi sürücülərinə rast gəlmişəm ki, onların qayğısına, diqqətinə məftun olmuşam. Səmimiyyətləri, sözləri ilə, bugünkü reallıqlara qiymət vermələri, cəmiyyət həyatını qiymətləndirmələri ilə seçiliblər. Bu cür sürücülər həqiqətən də bir insan kimi öz vəzifələrini qiymətləndirirlər. Buna görə də, bir nəfərin etdiyini həmin xidmət təşkilatının üzərinə yıxmaq, orada çalışanların hamısının adına xələl gətirmək düzgün deyil”. 

 

Aytəkin Qardaşova 

Tarix: 6 Noyabr 2023, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin