BURADA REKLAMINIZ OLA
BİLƏR

“Changan” avtomobillərinin Azərbaycandakı rəsmi distrübitorunu cərimə gözləyir

“Azərbaycan Avtomobil Evi” MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.


 
Sənəd baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Nigar Qədirlinin sədrliyi ilə araşdırılacaq.


 

Qeyd: “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distrübitorudur.

 

Xəyal Quliyev

Tarix: 7 Noyabr 2023, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin