BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kredlizinq"ə cərimə niyə yazılıb?

"Kredlizinq" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 7 Noyabr 2023, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin