BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını dostunun “söhbəti”nə görə bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəqani Səfərzadə (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və Xəqani Səfərzadə məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, hadisə bu il paytaxtın Xətai rayonu, Babək prospektində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Xəqani Səfərzadənin dostu Kərəm Əmirov (şərti) digər şəxslərlə mübahisə edib. Mübahisədən sonra onlar tanışı, zərərçəkmiş Əli Əkbərli (şərti) qarşılaşıblar. Söhbət zamanı həmin şəxslərin arasında mübahisə düşüb. Bu zaman Xəqani Səfərzadə cib bıçağı ilə zərərçəkmiş şəxsin qarın və bel nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib. Hadisədən sonra Xəqani Səfərzadə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 7 Noyabr 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin