BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbiristanlığın yaxınlığında tanışını bıçaqlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Elnur Mirzəyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Elnur Mirzəyevin cəzasını 3 il 5 ay 28 günə endirib. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib.

 

Qeyd: Hadisə 2022-ci il fevralın 3-ü saat 01 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü İsfəndiyar Salmanov qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2002-ci il təvəllüdlü Elnur Mirzəyev olması müəyyən edilib. Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məclləsinin 126.2.4-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 7 Noyabr 2023, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin