BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bravo”ya mühafizəçi işinə düzəltmək adı ilə dələduzluq etdi - HÖKM

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Səməd Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.   

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

 

İttihama görə, Ağdam rayon sakini, 1985-ci il təvəllüdlü Səməd Əliyev tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışının vasitəsi ilə 4 nəfərə qarşı dələduzluq edib. O, həmin şəxslərə şirkətlərin birində mühafizə xidmətində növbə rəisi işlədiyini deyib, həmin müəssisənin nəzdində olan bir neçə filiala və “Bravo Supermarket”ə mühafizə işinə işçi axtardığını bildirib. O, zərərçəkmişlərin etibarından sui-istifadə edərək onları mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib inandırıb. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel-may aylarında zərərçəkmişlərin hər birindən 1750 manat olmaqla ümumilikdə 7 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Səməd verdiyi vədlərə əməl etməyib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmədə Səməd Əliyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

 

Kamal Məmmədov

Tarix: 7 Noyabr 2023, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin