BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yataqxana yandı, 7 nəfər zəhərləndi

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.

 

Pravda.az-ın xəbərinə görə, saat 12:30 radələrində başlayan yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

 

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb. Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə edilməklə xilas edilib.

 

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.APA

Tarix: 1 Dekabr 2019, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin