BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin göstərişi ilə Vəngli kəndindəki lövhə söküldü - FOTO

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri lövhə sökülüb.

 

Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.

 

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.

 

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

Fotoları təqdim edirik
Tarix: 7 Noyabr 2023, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin