BURADA REKLAMINIZ OLA
BİLƏR

İrəvan elan etdi: Pul verilməyəcək

Ermənistanın 2024-cü il dövlət büdcəsi layihəsində Qarabağdan gələn separatçıların “dövlət qurumları”nın saxlanması üçün pul yoxdur və olmayacaq.

 

Bunu noyabrın 8-də Ermənistan parlamentin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı komissiyanın rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib.

 

Öz növbəsində respublikanın maliyyə naziri Vahe Hovhannisyan Ermənistanın dövlət büdcəsinə daxil olan pulların başqa məqsədlər üçün istifadə olunacağını vurğulayıb. “Məsələn, vəsait Qarabağdan gələnlərin pensiya, mənzil və digər sosial problemlərinin həlli üçün istifadə olnacaq”, – nazir izah edib./publika.az

Tarix: 8 Noyabr 2023, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin