BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağasif Şakiroğlu: "Zəfər Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb"

"Zəfər Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Məhz bu gündə xalqımız özünü qəhrəman və qalib xalq olduğunu təsdiq edib".

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

"Tarixdən məlumdur ki, Azərbaycan qədim dövlətçilik tarixinə malik olsa da, həmişə öz torpaqlarını itirə-itirə 86.6 min kvadrat kilometr ərazisinə malik bir dövlət bizə miras qalmışdı. 1990-cı illərin əvvəlində Azərbaycan hakimiyyətində təmsil olunanların naşılığından istifadə edərək ermənilər öz havadarlarına arxalanaraq bu ərazilərin də 20%-ni işğal etmişdi. Amma ordumuzun şücaəti və Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, sərkərdəlik və zamanında qərar verə bilmək bacarığı sayəsində erməni işğalı altında olan ərazilərimizi 44 günlük Vətən savaşımızla azad edərək, nəhayət ərazi bütövlüyümüzü təmin edə bildik… İmza atdığımız bu zəfər sayəsində Azərbaycanın ərazisi  bütövləşdi və qalib xalq olaraq regionda yeni reallıq yaratmış olduq. Heç şübhəsiz ki, bu Zəfərin əsas qəhrəmanı, memarı şanlı Ordumuz, Həmrəy Xalqımız və müzəffər Ali Baş Komandanımızdır. Prezident İlham Əliyev səngərdə uğurlu döyüş komandanlığını təmin etdiyi kimi, xarici mediaya verdiyi müsahibələrində də informasiya məkanında üstüntünlük əldə etməyimizə imkan verdi. Nəticə göz önündədir! Şanlı Zəfərimiz haqqında çox yazmaq olar. Bu elə bir həssas və tarixi hadisədir ki, yaşadığımız şanlı 44 günün hər birinin payına bəlkə də bir kitab yazsaq, yenə də az olardı… Bunu isə tarixçilərə buraxır, hər birinizi səmimi qəlbdən təbrik edirəm. Bizə elə Zəfər yaraşır… Zəfərimiz mübarək!" - A.Şakiroğlu qeyd edib.

Tarix: 8 Noyabr 2023, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin