BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülüstan Əliyeva: "Ali Baş Komandanımız hər kənddə, hər şəhərdə heykəli qoyulmalı bir sərkərdədir"

“Təəssüratlarımızı izah etməyə sözlər acizdir, ölkəmiz ən xoşbəxt ölkə səviyyəsindədir. O qədər qürurlu, sevincliyik. Xankəndi Şuşa kimi ürəyimizin dağı, gözümüzün işığıdır. Xankəndini geri qaytarmaq, bəlkə də, bir Azərbaycana bərabərdir. Çünki Xankəndi Qarabağ-Azərbaycan üçün o qədər strateji əhəmiyyətli nöqtə idi. Bu yaxınlarda Ramiz Rövşən tədbirdə maraqlı bir ifadə işlətdi. Dedi ki, son anti-terror əməliyyatını cərrahiyyə əməliyyatı adlandırıram, çünki bu əməliyyat mənfurların uzanan son damarlarını da kəsdi. Nə gözəl ifadədir. Anti-terror əməliyyatı haqqında hərə başqa cür düşünür. Görün, Ramiz Rövşən onu necə bədiiləşdirərək cümlələr seçdi... Günlərdir, tədbirlərdəyəm, şəhid ailələri, şəhid balaları, qazilərimizlə görüşlərdəyəm. Əlbəttə ki, bu, əbədi borcumuzdur. Mən də şəhid ailəsiyəm, amma neçə günlər ərzində onların xidmətində oldum. Hər zaman onların yanındayam. 32 ildir, həyatım belə keçdi - onlarla bərabər, bir yerdə ağladıq, güldük. Zəfər öncəsi sevinc göz yaşlarının günü, Qələbə bayramı idi. Bu gün isə Dövlət Bayrağı Günüdür. Qeyd edəcəyik, yenə də onlarla bərabərəm, onların yanındayam. Tədbirlər davam edir...”

 

Bu sözləri Pravda.az-a müsahibəsində Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yüksək dərəcəli solisti, Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının dosenti Gülüstan Əliyeva deyib. 

 

O bildirib ki, Xankəndidəki Zəfər paradı ilə Ali Baş Komandan İlham Əliyev bir daha Azərbaycanın dünya sferasında hansı gücə sahib olduğunu göstərib: “Ali Baş Komandanımız hər kənddə, hər şəhərdə heykəli qoyulmalı bir sərkərdədir. O, Ulu Öndərin layiqli, şərəfli davamçısıdır. Hakimiyyətdə olduğu 20 il  ərzində görün nə qədər işlər görərək bu yolu gəlirmiş. Xalqa güvənərək bu qələbəni bizə qazandırdı. Bu bayram gününü, sevinci bizə yaşadanlar yaşasın! Allah Prezidentimizi və ailəsini qorusun, canını sağ eləsin. Dünya durduqca yaşasın ki, ölkəyə bu firəvanlığı, xoşbəxtliyi bəxş etdi. Allah Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasına torpaqlarımız azad edildi. Şəhidlərimiz Vətən yaşasın deyə canlarını qurban verdilər, Xarıbülbül solmasın deyə soldular. Bu Vətənin qeyrətini, namusunu qorumaq üçün getdilər. Mənim həyat yoldaşım da, qardaşım da o cümlədən... Allah hamısının məkanını cənnət eləsin, onsuz da cənnətdədirlər. Onlar həmişə diridirlər, bu Vətən durduqca adları qızıl hərflərlə tarixə yazılacaq. Allah qazilərimizi qorusun, onlara cansağlığı versin. Qazilər şəhidlərimizi çiyinlərində daşıyaraq döyüşə atılan qəhramlarımızdır. Bu gün onların bu Vətəndə yaşamağa haqqı daha çoxdur”. 

 

Aytəkin Qardaşova 

Tarix: 9 Noyabr 2023, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin