BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya gedib

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib.

 

Məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

 

Zurabişvilinin 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcəyi qeyd olunub.

 

“Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə iştirak edəcək”, - məlumatda bildirilib.

 

Hökumət administrasiyası Prezident Zurabişvilinin Fransaya səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət etmədiyini bildirib. Sözügedən forumda Gürcüstan Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək./APA

Tarix: 9 Noyabr 2023, 18:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin