BURADA REKLAMINIZ OLA
BİLƏR

Parlament buraxıldı

Portuqaliya prezidenti Marselo Rebelo de Sousa baş nazir Antonio Kostanın istefasını elan etdikdən sonra parlamenti buraxmaq barədə qərar verib.

 

Digər qərarla 2024-cü il martın 10-na növbədənkənar seçkilər təyin edilib.

 

Mən Respublika Məclisinin buraxılmasının və seçkilərin 2024-cü il martın 10-na təyin edilməsinin tərəfdarıyam”, - EFE agentliyi dövlət başçısının sözlərindən sitat gətirib.

 

Qeyd edək ki, 2015-ci ildə baş nazir postunu tutan Kostan noyabrın 7-də korrupsiya qalmaqalı fonunda istefa verib./APA

Tarix: 10 Noyabr 2023, 07:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin