BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azəralüminium"a cərimə protokolu yazıldı

"Azəralüminium" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Gəncə Şəhər Məhkəməsinin hakimi Liza Xanməmmədovanın icraatındadır. Məhkəmə iclası noyabrın 21-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 13 Noyabr 2023, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin