BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni Şamaxı Hotel cərimələnə bilər

"Yeni Şamaxı Hotel Company" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Şamaxı Rayon Məhkəməsinin hakimi Natiq İsmayılovun icraatındadır. Məhkəmə iclası noyabrın 20-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 13 Noyabr 2023, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin