BURADA REKLAMINIZ OLA
BİLƏR

“SOCAR midstream operations”ı cərimə gözləyir

“SOCAR midstream operations” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü (Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Sədərək Rayon Məhkəməsinin hakimi Hüseyn Zülfüqarovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 14 Noyabr 2023, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin