BURADA REKLAMINIZ OLA
BİLƏR

“Uğur petrol”a protokol yazıldı

“Uğur petrol” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Şəmkir Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayevin sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 14 Noyabr 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin