BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus radio ilə bağlı ekspertiza təyin etdi

Bakı Kommersiya Məhkəməsində “Xalq Bank” ASC-nin “Antenn” Müstəqil Teleradio Kompaniyasına (radio " Antenn" 101 FM) qarşı məhkəmə iclası davam etdirilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyev sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

 

Qeyd: “Xalq Bank” ASC “Antenn” Müstəqil Teleradio Kompaniyasını məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: Mətbuatda “Antenn” Müstəqil Teleradio Kompaniyasının AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərilə bağlılığının olduğu yazılır. Bildirilir ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biri olub. Bu məlumat bu günə kimi təkzib olunmayıb.

 

Kamal Məmmədov

Tarix: 14 Noyabr 2023, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin