BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını döyərək öldürən şəxs kassasiya şikayəti verdi

Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 15-nə təyin edilib. Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsi Həsən Çəndirlinin şikayətini təmin etməyib.

 

Qeyd: Hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı tanışı, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Daha sonra yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Nəticədə Hüseyn Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 14 Noyabr 2023, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin