BURADA REKLAMINIZ OLA
BİLƏR

Üç nəfərin öldüyü qəzaya səbəb olan sürücüdən xəbər var

Ağdaş-Ləki yolunda 3 nəfərin ölümü, 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İqbal Sadiqlinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 15-nə təyin edilib.

 

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Şəki Ağır Cinayətlər Məhkəməsi 1994-cü il təvəllüdlü İqbal Sabirlinin məhkəmə zalındaca həbs edilməsinə, 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib. 

 

İttihama görə, 2021-ci il fevralın 7-nə keçən gecə toqquşan “Vaz 2107” və “Mercedes” markalı 2 avtomobilin ikisinin də sürücüsü sərxoş vəziyyətdə olub. “Vaz 2107”nin sürücüsü hadisə nəticəsində övladı və anası ilə birlikdə vəfat etdiyindən məhkəmə qarşısında digər avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü İqbal Sadiqli çıxarılıb. Məlumata əsasən, hadisədən əvvəl İ.Sabirli dostu ilə birlikdə yeyib-içiblər. Həmin gün ailə üzvləri ilə Mingəçevirə gedən “Vaz 2107”nin sürücüsü S.Əhmədov isə daha sonra evə qayıtdıqdan sonra həyat yoldaşı, anası, övladları ilə birlikdə qayınanasıgilə gedib. Oradakı məclisdən sonra gecə saat 24 radələrində geri qayıdanda sürətlə hərəkət edən avtomobillər toqquşublar. Saat 00:10 radələrində Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndi ərazisindən keçən hissəsində "Mersedes" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Əhmədova Rahilə Namət qızı, onun nəvəsi 2008-ci il Əhmədova Rahilə Seymur qızı, oğlu 1984-cü il təvəllüdlü Əhmədov Seymur Səməd oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, İsmayılova Dursun Qiyas qızı, Əlizadə Xəzan Fikrət qızı, Əhmədov Təbriz Teymur oğlu, Sadiqli İqbal Elton oğlu ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Məhkəmədə qeyd edilib ki, hadisə vaxtı sürücülərin ikisi də içkili olub. Həmçinin mərhum Seymur Əhmədovun sürücülük vəsiqəsi olmayıb.

 

Kamal Məmmədov

Tarix: 14 Noyabr 2023, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin