BURADA REKLAMINIZ OLA
BİLƏR

Zərdabda axundun oğlu saxlanıldı – İÇKİLİ AVTOMOBİL İDARƏ ETDİYİNƏ GÖRƏ

Zərdabda axundun oğlu saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

 

Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb.

 

Qeyd edək ki, M. Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.APA

Tarix: 1 Dekabr 2019, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin