BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputata məxsus olduğu bildirilən şirkət barəsində cərimə protokolunun tərtib edilməsinin səbəbi açıqlandı - "Karmen" MMC-nin mövqeyi əlavə olunub - YENİLƏNİB

“Karmen” MMC-dən Pravda.az-a bildirilib ki, məlumat həqiqətəuyğun deyil.

 

Qeyd: Saytımızda dərc edilən yazı protokola əsaslanır.

 

***

08:21

 

“Karmen” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

 

Qeyd: Şirkətin sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 15 Noyabr 2023, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin