BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX yeni məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirilən əməliyyata dair məlumat yayıb.

 

DTX-nin İctimai əlaqələr şöbəsindən Pravda.az-a bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Tarix: 8 May 2020, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin