BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xaliq Faiqoğlu” barəsində də inzibati protokol tərtib olundu

“Xaliq Faiqoğlu” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatındadır. Məhkəmə iclası noyabrın 28-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 15 Noyabr 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin