BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürmək istəyən mədəniyyət evinin işçisi ilə bağlı qərar açıqlandı

Ali Məhkəmədə Şəmkirdə arvadını bıçaqlamaqda təqsirləndirilən Elçin Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin iyulunda Şəmkir ərazisində qeydə alınıb.

 

Belə ki, Şəmkir rayon sakini Elçin Əliyev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızına bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Daha sonra Elçin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmədə ifadə verən Elçin Əliyev deyib ki, arvadını namus üstündə bıçaqlayıb.


Belə ki, o, həyat yoldaşının “WhatsApp”da başqa şəxslə yazışmasını tutub. Buna görə də cinayət əməlini törədib.

 

Xatırlatma: Elçin Əliyev mədəniyyət evində çalışıb.

 

Kamal Məmmədov

 

Tarix: 15 Noyabr 2023, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin