BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bahar kargo” məhkəməyə verildi - Qiymətləri manatla göstərməyib

“Bahar kargo” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 16 Noyabr 2023, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin