BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə İlham Aslanoğlu ilə bağlı qərar verdi

Ali Məhkəmədə hüquqşünas və ictimai fəal İlham Aslanoğlunun (Təhməzov) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: İ.Aslanoğlu Yevlax Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə həbs edilib. Şəki Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub. O, Yeganə Ələkbərova adlı şəxsin xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasənda həbs edilib.

Tarix: 16 Noyabr 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin