BURADA REKLAMINIZ OLA
BİLƏR

Həştərxanda yaşayış binası uçub, 200-dən çox insan təxliyə edilib

Rusiyanın Həştərxan vilayətində yaşayış binasının bir hissəsi uçub.

 

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, hadisə ilə bağlı təcili qərargah yaradılıb.

 

O qeyd edib ki, bina sakinləri üçün 3 məktəbin bazasında müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, sakinlər isti yemək və su ilə təmin olunublar.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 200-dən çox insan təxliyə edilib./APA

Tarix: 16 Noyabr 2023, 19:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin