BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ramiz” tibb mərkəzi cərimələnə bilər

“Ramiz tibb mərkəzi” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.2-ci (Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Mingəçevir Şəhər Məhkəməsinin hakimi Güləndam Quliyevanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 17 Noyabr 2023, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin