BURADA REKLAMINIZ OLA
BİLƏR

13 vətəndaşa 92 300 manatlıq dələduzluq edən şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsin dələduzluqda təqsirləndirilən Səməd Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


 
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Səməd Həsənov 23 may 2005-ci ildən Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif qurumlarında işləməklə 2013-cü ildən 10 dekabr 2022-ci il tarixə kimi DİN-in Baş Mühafizə İdarəsinin Qəbələ  Rayon  Mühafizə  Bölməsinin manqa komandiri vəzifəsində çalışıb. O, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Qəbələ rayonununda bir neçə şəxsə qarşı dələduzluq edib. Səməd Həsənov həmin şəxslərə sıravi heyətə xidmətə qəbul edilməsinə köməklik göstərmək imkanına malik olduğunu bildirərək onlardan ümumilikdə 92 300 manat pul alıb. Daha sonra vətəndaşlar aldandıqlarını görüb və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

 

Səməd Həsənov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Zərərçəkmiş qismində 13 şəxs var.

 

Kamal Məmmədov

Tarix: 17 Noyabr 2023, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin