BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Suriyada döyüşən Azərbaycan vətəndaşının istəyini rədd etdi

Gəncə Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2015-ci il tarixli hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən məhkum buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa olunması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatət rədd edilib. Daha sonra təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş edib.

 

Qeyd: Vəlizadə Fəzail Etibar oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

 

O, 2015-ci ilin aprelində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 17 Noyabr 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin