BURADA REKLAMINIZ OLA
BİLƏR

Torpaq sahəsi üstündə dayısı oğlunu bıçaqlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Gədəbəydə dayısı oğlunu bıçaqlamaqda Elməddin Şamilovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib. Lakin təmin edilməyib. Daha sonra onlar Ali Məhkəməyə müraciət ediblər.

 

Qeyd: Hadisə 5 iyun 2021-ci ildə, saat 21 radələrində Gədəbəy rayonunun Daryurd kəndi ərazisində baş verib. 

 

Elməddin yaşadığı evin qarşısında olan küçədə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı Anara bıçaqla xəsarət yetirib. 

 

İstintaq orqanı tərəfindən Elməddinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 


İttihama görə, hadisəyə səbəb torpaq sahəsi olub.

 

Kamal Məmmədov

 

Tarix: 17 Noyabr 2023, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin