BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə sahibkarla bağlı qərar çıxardı

Ali Məhkəmədə əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Vaqif Cəbrayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


 
Qərara əsasən, barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmış şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Vaqif Cəbrayılov fiziki şəxs kimi fəaliyyət göstərən “Jasmin” yuyucu vasitələr sexinin sahibdir. 

 

İttihama görə, 07 avqust 2019-cu il tarixdə, saat 18 radələrində zərərçəkmiş S.Məmmədov həmin sexin dəzgahında dəstək hazırlama işi ilə məşğul olarkən təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni dəzgahın qəlibini təmizləmədən öncə dəzgahı işə salma açarından söndürmədən, qoruyucu məhəccərin bağlı vəziyyətində əlini yuxarıdan salmaqla qəlibdəki məmulatı götürərkən sağ əli presin qolları arasında sıxılaraq əzilib. 

 

Daha sonra Vaqif Cəbrayılov cinayət məsuliyyətinə cəlb edilib.

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cəza təyin edilməməsi, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, bununla bağlı göstəriş və müddəaların hökmdən xaric edilməsi qərara alıb. Vaqif Cəbrayılov apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 17 Noyabr 2023, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin