BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kompüter ustası müştərinin elektron adresinə qanunsuz daxil oldu - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində kompüter sisteminə qanunsuz daxil olmada təqsirləndirilən Zakir Kərəmovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


  
Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 5 000 manat məbləğində cərimə cəzası təyin edilib.

 

İttihama görə, Zakir Kərəmov fərdi qaydada kompüter təmiri ilə məşğul olur. Tanışı Zəfər Dadaşov (şərti) təmir etməsi üçün ona yeznəsi Namiq Qarazadənin (şərti) “HP” markalı notebookunu verib. Təqsiləndirilən şəxs notebookun daxili yaddaşını təmir etmək məqsədilə əməliyyat sisteminin bağlı olduğu elektron adresi və həmin adresin parolunu onlardan öyrənib. Sonra həmin gmail adresinə daxil olaraq notebooku təmir etməyin mümkün olmadığını görüb. Daha sonra Zakir 06 mart 2022-ci il tarixdə və təkrarən, 07 və 08 mart 2022-ci il tarixlərdə yaşadığı ünvanda kompüter və mobil telefon ilə həmin gmail adresinin bağlı olduğu Namiq Qarazadənin və onun həyat yoldaşı birgə istifadə etdikləri “Google Workspace” ekosistemində olan “instagram” və “facebook” sosial şəbəkələrində olan hesablarına, eləcə də “Yandex”, “Pinterest”, “Dropbox” və həmin ekosistemdə olan digər hesablara hüququ olmadan daxil olub.

 

Daha sonra zərərçəkmiş bunu bilib və hüquq-mühafizə orqanlara müraciət edib. Zakir Kərəmov saxlanıldıqdan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 17 Noyabr 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin