BURADA REKLAMINIZ OLA
BİLƏR

“Araz” marketə sərxoş girmək istəyən şəxs müştərinin burnunu sındırdı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Cəmil Camalovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim  Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 

 

İttihama görə, hadisə 01 mart 2023-cü il tarixdə, saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Araz” marketin giriş hissəsində qeydə alınıb.

 

Belə ki, Cəmil Camalov sərxoş vəziyyətdə marketə daxil olmaq istəyərkən obyektin satıcısı onun qarşısını kəsib. Bu zaman onların arasında mübahisə yaranıb. Daha sonra orada olan digər şəxs, zərərçəkmiş Nəsir Əlibəyov (şərti) təqsirləndirilənə irad bildirib. Nəticədə Cəmil Nəsirin sifətinə qəsdlə yumruqla zərbə endirərək onun burnunu sındırıb. 

 

Hadisədən sonra Cəmil Camalov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 17 Noyabr 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin