Yeni nəslin milli ruhda tərbiyəsi ölkəmizin, dövlətimizin gələcəyi üçün zəruri şərtdir. Milli dəyərlərimizə və xalqımıza sədaqət dövlətçiliyimizin xeyri naminə vicdanla işləmək, milli sərvətimizi qoruyub-saxlamaq, qayğısına qalmaq deməkdir. İnsanların cəmiyyətdə bir-birinə qarşılıqlı münasibəti dedikdə vətəndaşlar arasında insanpərvərlik münasibətləri və qarşılıqlı hörmət nəzərdə tutulur. Yüksək mənəvi-əxlaqi keyfiyyətlərə yiyələnmədən ümumi əxlaq prinsiplərinə yiyələnmək olmaz. Təlim-tərbiyə prosesi dərin məzmunlu, geniş bir elmdir. Bu səbəbdən Azərbaycanda milli tərbiyə konsepsiyasının qəbul edilməsi məsələsi tez-tez gündəmə gətirilən, müzakirə yaradan mövzudur.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib ki, gənclərin tərbiyəsi prioritet məsələdir.

Alim hesab edir ki, ölkənin gələcəyi gənclərin milli şüurunun inkişafından, vətənpərvər ruhda tərbiyəsindən asılıdır: “Bu istiqamətdə bütöv bir sistem yaratmağa, bu sistem əsasında gəncləri tərbiyələndirməyə ehtiyac var. Bu gün gənclərin gecə saat 03:00-a qədər restoranlarda, kinoteatrlarda vaxt keçirdiklərini görəndə, düşünürəm ki, əgər normal tərbiyə sistemi olsaydı, gənclərimizə xeyli fayda verərdi. Milli tərbiyə konsepsiyasının hazırlanması istiqamətdə danışıqlar aparılıb-aparılmadığından xəbərsizəm. Məsələn, Rusiyada gənclər üçün simpoziumlar, seminarlar keçirilir, dövlət adamları gənclər qarşısında çıxışlar edir, onları yönləndirirlər. Bu, çox vacib məsələdir. Düzgün tərbiyə metodu ilə tərbiyələnməyən gənclik gələcəkdə hakimiyyət, dövlət üçün təhlükədir və ciddi fəlakətlərə gətirib çıxar bilər. Orta məktəblərdə yeniyetmələrin tərbiyəsinə baxanda adam dəhşətə gəlir. Müəllimlər də, direktorlar da bu məsələyə eyni münasibətdədirlər. Deyirlər ki, belə gənclik yetişdirmək olmaz. Sovet dövründə komsomol, pioner təşkilatları var idi. Məktəblərdə xüsusi səlahiyyətli adamlar gəncləri Marksizm-Leninizm üslubunda tərbiyə edirdilər. Baxsaq, elə İslam ruhunda tərbiyə edirdilər. Əsaslı, güclü şagirdlər yetişirdi, instituta da qəbul olurdular. Sonda yaxşı peşəyə yiyələnirdilər. Bu gün mən həmin tərbiyə sistemini görmürəm. Ümumiyyətlə, “tərbiyə sistemi” adlı bir sistem varmı? Əgər varsa, niyə bu tərbiyə sistemində Azərbaycanın görkəmli alimləri çıxış etmirlər, öz sözlərini demirlər, təcrübələrini bölüşmürlər? Gənclərin tərbiyəsi heç də ürəkaçan deyil. Bunun səbəblərindən biri, yəqin ki, müharibə vəziyyətində olmağımızdır. Amma heç bir müharibə, xarici təsir, kənardan gələn mənəvi təsirlər bizə gənclərin tərbiyəsizliyinin vurduğu qədər zərbə vura bilməz. Çünki gənclərimiz müharibəni udmaq üçün 30 ildən çox tərbiyə almış, bu müharibə üçün hazırlaşmışdılar. Və nəticədə zəfər qazandıq. Hazırkı gənclərin tərbiyəsinə çoxdan başmalı idik. İndi də gec deyil. İnsanları tərbiyə sisteminə cəlb etmək ölkəmiz üçün çox faydalı olacaq”.
Politoloq Cümşüd Nuriyev isə deyib ki, 2007-ci ildə qəbul edilən milli təhlükəsizlik konsepsiyasında gənc nəsli tərbiyə etmək, onlara vətənpərvərlik ruhunu aşılamaq məsələsi nəzərdə tutulub:

“Milli-mənəvi dəyərlər olmayan ölkədə gənclərin tərbiyəsindən danışmaq həddindən artıq problemdir. Amma Vətən müharibəsi göstərdi ki, Azərbaycanda bu problem ciddi deyil. Gənclərin hazırlanmasında, xüsusən vətənpərvərlik məsələsində elə də ciddi problemlərimiz yoxdur. Hazırda ən böyük problemimiz əxlaqla bağlıdır. Gənclər arasında bu mənada çox ciddi problemlərimiz var. Televiziya kanallarının bəziləri lazımsız şeyləri təbliğ edirlər, şüuraltı işləyirlər. Kanalların şüuraltı işlədikləri məsələlər daha çox ailə institutunu dağıtmağa xidmət edir. Qarşısını almaq lazımdır, çünki gənclərimiz Qərb təyinatlı deyil. Azərbaycan gəncləri Şərq təyinatlıdır. Şərq təyinatlı gənclərlə işləmək üçün Azərbaycan öz milli tərbiyə konsepsiyasını hazırlamalıdır. Təəssüf ki, belə bir yol xəritəsi yoxdur, amma olmalıdır. Dövlət bu sahədə siyasət yürüdür, amma dövlət başçısının yürütdüyü siyasəti onun tabeliyində olan məmurlar pozursa, deməli, bu barədə fikir söyləmək lazımdır. Fikir söyləmək istəyən ziyalını elə günə qoyurlar, ailəsini də, özünü də elə təhqir edirlər ki, sonda heç kim bu məsələlərə toxunmaq istəmir, kənarda qalmaq istəyir. Ən böyük faciəmiz də bundadır. Bunu Qərb ailə institutumuzu dağıtmaq üçün bilərəkdən edir ki, niyə Azərbaycanda ailə insitutu güclüdür. Məhz İkinci Qarabağ müharibəsində də gənclərin 90%-i ailə tərbiyəsindən qaynaqlanaraq o cür qəhrəmanlıqlar göstərdilər. Bu, qaçılmaz, danılmaz bir faktdır. Azərbaycan Prezidentinin yürütdüyü bu siyasət çox ağıllı siyasətdir. Xüsusən Heydər Əliyev Fondu da bu sahədə çox yaxşı siyasət yürüdür. Amma təəssüf ki, dövlət məmurları gənclərlə bağlı çox ciddi səhvlərə yol verirlər. Gərək, dövlət televiziyasında milli-mənəvi dəyərlər və gənclərin tərbiyəsi istiqamətində proqramlar olsun”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin