BURADA REKLAMINIZ OLA
BİLƏR

Protokol: “Səbail Peşəkar Futbol Klubu” əmək qanunvericiliyini pozub

“Səbail Peşəkar Futbol Klubu” İctimai Birliyinə inibzati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 20 Noyabr 2023, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin