BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərdar Babayev yenidən məhkəmə qarşısında

Dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses noyabrın 23-nə təyin edilib.

 
Şikayət hakim Emin Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Sərdar Babayev Maide.az saytının rəhbəri olub. O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub. Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 20 Noyabr 2023, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin