BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəza törədən qazi kassasiya şikayəti verdi

Şəmkirdə yol qəzasında 3 nəfərin ölümündə təqsirləndirilən Elməddin Zeynalovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 22-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 

Qeyd: Hadisə 16 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkirin Qasımallar kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, Elməddin Zeynalovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq, Sənan Allahverdiyevin idarəetdiyi “VAZ-2106" markalı avtomobillə toqquşub. Bu zaman “VAZ-2106" markalı maşın Bayram Gözəlovun idarə etdiyi “VAZ-2107" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ-2107"-in sürücüsü Bayram Gözəlov, onun sərnişinləri – həyat yoldaşı Gəncalə Əliyeva və qadının qardaşı qızı Aliyə Əliyeva hadisə yerində dünyasını dəyişib.
 

Bayram Gözəlovun övladları - Yasin və Hüseyn Gözəlovlar və digər sərnişin, onun qayınanası Hicran Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiliblər.
 

Eyni zamanda "Mercedes"in sürücüsü Elməddin Zeynalov və "VAZ-2106"nın sürücüsü Sənan Allahverdiyev də xəsarət alıblar.
 

Daha sonra Elməddin Zeynalov məsuliyyətə cəlb edilib.
 

Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Elməddin Zeynalov məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, II Qarabağ müharibəsidə iştirak edib və qaziliyi təsdiq olunub. Təqsirləndirilən şəxs müharibədə iştirak edən zaman baş nahiyəsindən travma aldığını, yaddaşında, gözündə problemlər, həmçinin belində yırtıq yarandığını söyləyib. Bildirib ki, onun hər iki gözündə görməkdə zəiflik, həmçinin qulağında ağır eşitmə olub və müharibə vaxtı həmin xəsarətləri alıb.

 

Kamal Məmmədov

Tarix: 20 Noyabr 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin