BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu məhkumlar məzuniyyətə göndərilirlər

Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkumların hansı hallarda məzuniyyətə buraxılmasına aydınlıq gətirib.

 

Xidmətin rəis müavini Oqtay Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, qanunvericilikdə az ağır, ehtiyatsızlıqdan cinayət törədən və böyük ictimai təhlükə törətməyən məhkumlar məzuniyyətə göndərilir.

 

Onun sözlərinə görə, müəssisə hüdudlarından kənara 7 gün müddətində rejim qaydalarını pozmayan, cəzalarını yarıya kimi çəkən məhkumlar buraxılır: "Onlar müşayiətsiz şəkildə öz evlərinə, yaxın qohumlarının yanına buraxıla bilərlər"./Report

Tarix: 20 Noyabr 2023, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin