BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə səs-küy saldı, icarədarı döydü - HÖKM

Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Tahir Səttarzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.


İttihama görə, hadisə 03 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Qutab evi” adlı kafenin həyətində qeydə alınıb.


Belə ki, Tahir Səttarzadə qardaşları və tanışları ilə birlikdə kafedə oturan zaman zərərçəkmiş, obyektin icarədarı Səlim Kərəmov (şərti) masaya yaranmış səs-küylə bağlı yaxınlaşıb, onlara iradını bildirib. Bu zaman təqsirləndirilən şəxslə zərərçəkmiş arasında mübahisə yaranıb. Daha sonra o, kafedə olan müştərilərin gözü qarşısında zərərçəkmiş şəxs ilə əlbəyaxa olub, nalayiq ifadələrlə uca səslə Səlimi təhqir edərək, onun bədəninin müxtəlif yerlərindən əli ilə vurub. Nəticədə Tahir Səlimə sağlamlığına yüngül zərər vuran xəsarətləri yetirib.


Hadisədən sonra Tahir Səttarzadə cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 21 Noyabr 2023, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin