BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunun maşınını qaçıran şəxs qəza törətdi, elektron qolbaq taxıldı

Ağstafa Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirməkdə təqsirləndirilən Cabir Cəbrayılovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, hadisə Ağstafa rayonu Poylu qəsəbəsində yerləşən “Kür” marketin qarşısında qeydə alınıb.


Belə ki, rayon sakini Cabir Cəbrayılov sözügedən marketin qarşısında qonşusu, zərərçəkmiş Qalib Həsənovun (şərti) mülkiyyətində olan və onun müvəqqəti olaraq saxlayıb getdiyi “VAZ-2106” markalı avtomobilin açarının üstündə olmasını görüb. Həmin vaxt o, maşının pəncərə şüşəsini sındıraraq qapısını açıb, sükan arxasına əyləşib mühərriki işə salıb, istifadə etməyə icazəsi və hüququ olmadan, avtomobili qanunsuz olaraq idarə edib. Cabir maşını təxminən 1000 metr aralıda yerləşən avtobus dayanacağının beton dirəyinə vurub.


Daha sonra o, cinayət məsuliyyətinə cəlb edib.


Məhkəmədə Cabir Cəbrayılov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib və söyləyib ki, hadisədən əvvəl bir qədər spirtli içki qəbul edib.

 

Kamal Məmmədov 

Tarix: 21 Noyabr 2023, 08:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin