BURADA REKLAMINIZ OLA
BİLƏR

Marşrutun gecikməsinə görə sürücülər arasında dava - MƏHKƏMƏ

Astara Rayon Məhkəməsində tanışını döyməkdə təqsirləndirilən Kəmaləddin Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.   

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 29 sentyabr 2023-cü il tarixdə, saat 16:10 radələrində Astara rayonu Deqədi kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Kəmaləddin Səmədovyolda tanışı, zərərçəkmiş Samir Məmmədovla (şərti) arasında marşrutun gecikməsi ilə bağlı mübahisə edib. Mübahisə zamanı o, vintaçanla tanışını bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.

 

Qeyd: Hər iki şəxs Astara avtovağzalında müqavilə əsasında Astara-Pəlikəş marşrutunda sürücü kimi fəaliyyət göstərir.

 

Kamal Məmmədov

Tarix: 21 Noyabr 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin