BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana 13 minlik dərman keçirmək istəyən şəxsə elektron qolbaq taxıldı

Astara Rayon Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Sakit Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Sakit Əsədov İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə əldə etdiyi, külli miqdarda, ümumilikdə 12 655 manat dəyərində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman preparatlarını 01 iyul 2023-cü il tarixdə idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə İrandan Azərbaycana gətirməklə idxal edib. Həmin tarixdə, saat 19 radələrində Astara Gömrük İdarəsində tətbiq edilmiş yoxlama zamanı dərman vasitələri avtomobilin kabinəsində olan yatmaq üçün nəzərdə tutulan yerin altından aşkar edilərək götürülüb.

 

Daha sonra Sakit Əsədov barəsində cinayət işi başlanılıb və istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 21 Noyabr 2023, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin